Saakaşvilini döyüblər...

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilini döyüblər...

Hadisə

09 Noyabr 2021 09:11 2778


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.

Modern.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya bildirib. Vəkil brifinqdə keçmiş liderin məktubunu oxuyub:

“Penitensiar tibb müəssisəsinin əməkdaşları məni maşından çıxarmağa başladılar. İmtina etdikdən sonra zorla itələdilər, yerə yıxıldım. Boynuma bir neçə zərbə endirdilər. Saçımdan tutaraq sürüdülər”. Marqarita pizza

Vəkilin sözlərinə görə, Saakaşvili penitensiar xəstəxanada müalicədən imtina edib, dərman qəbul etmir və aclıq aksiyasını davam etdirir: "O, öz həkimi ilə görüşməyi tələb edir. Hansısa iynəni necə vuracağını görəndə tibbi avadanlıqları zədələyib. Saakaşvili müəssisədə ona edilən tibbi müdaxilədən imtina edir və şəxsi həkimi ilə görüş tələb edir. Eks-prezident bildirir ki, xəstəxanaya köçürülməsində məqsəd onun fiziki məhv edilməsidir".

Qeyd edək ki, sabiq prezidenti penitensiar tibb müəssisəsində Gürcüstanın Ombudsmanı Nino Lomjaria ziyarət edib.

Xatırladaq ki, ötən gün Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib. Bazar ertəsi axşam Azadlıq meydanına toplaşan nümayişçilər daha sonra yaxınlıqdakı Hökumət Evinin qarşısına istiqamət alıblar.

Hazırda Hökumət Evinin ətrafında vəziyyətin sabit olduğu bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!