Saakaşvilinin növbəti məhkəməsi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin növbəti məhkəməsi keçirildi

Dünya

24 Dekabr 2024 14:04 299


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək işi üzrə növbəti məhkəməsi keçirilib.

Yenisabah.az xəbər verir ki, Saakaşvilinin vəkili Beka Basilaya həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib.

O, sübutların tədqiqinin başa çatdırıldığını, ona görə də həbs qətimkan tədbirinin tətbiqi üçün əsas qalmadığını bildirib. Lakin dövlət ittihamçısı vəsatətlə razılaşmayıb. pizza hut

Prokurorun sözlərinə görə, həbs-qətimkan tədbirinin tətbiqi müəyyən təhdidlərlə əlaqədardır və bu yalnız sübutların məhv edilməsi ilə bağlı deyil.

Hakim Mixeil Cincolia müttəhimin yeni cinayətlər törətməsinin və qaçma təhlükəsinin mövcudluğunu nəzərə alaraq vəsatəti təmin etməyib.

Xatırladaq ki, sabiq Prezident Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!