Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq.
Yenisabah.az xəbər verir ki, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində - Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu kəndlərində (ümumi 4 100 abonent), həmçinin, Neftçala rayonunun 11 kəndində - Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd (ümumilikdə 2 610 abonent) kəndlərində "Şorsulu" QPS-dən qidalanan "Əhali (Şorsulu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin, Hacıqabul rayonunun Pirsaat qəsəbəsində (232 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Dominos pizza
Telegram kanalımız