Sabah Bakının üç rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının üç rayonunda qaz olmayacaq

Sosial

12 Mart 2025 18:14 256


Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ünvanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!