Bu gün "Sabah"la Türkiyənin "Beşiktaş" klubu arasında yoldaşlıq matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb və 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyıb. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. pizza sifarişi
Əlavə edək ki, "Sabah" Misli Premyer Liqasında 2-ci, "Beşiktaş" Türkiyə Superliqasında 68 xalla 3-cü pillədə qərarlaşıb.
13 may
18:00. "Sabah" - "Beşiktaş" - 3:3
Qollar: Aleksey Kaşuk, 3,5, Davit Volkov, 70 - Meraş, 24, 45, Tosun, 63-pen
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
Reallaşdırılmayan penalti: Mikkels ("Sabah"), 42-qapıçı
Telegram kanalımız