Martın 10-da Cəlilabad şəhərinin 11 küçəsinin qaz təchizatında fasilə yaranacaq.
Yenisabah.az xəbər verir ki, fasilə şəhərin H.Əliyev prospektində diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin podratçı tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq.
H.Əliyev prospektinin bir hissəsi, H.Məmmədov, M.Hüseynzadə, Ə.Cavad, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Füzuli, D.Qorqurd, A.Rəhimov və V.Mürsəlov küçələri olmaqla ümumilikdə 3 000 abonentin saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır. pizza hut
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Telegram kanalımız