Sabah dərslər təxirə salınır?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sabah dərslər təxirə salınır? - RƏSMİ AÇIQLAMA

Sosial

23 Fevral 2025 16:41 38826


Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda orta məktəblərdə dərslərin təxirə salınması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hazırda dərslərin təxirə salınması ilə bağlı hər hansı qərar mövcud deyil.

Nazirlikdən bildirilib ki, hava şəraitinin gedişatı izlənilir və hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək. pizza sifarişi

Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır. Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlqar
    Yollar qardan təmizlənsin, marşrut, taksi normal fəaliyyət göstərsin. Məktəb isə təxirə salınsa yaxşı olardı. Çünki hava çox soyuq, yollar da təhlükəlidi uşaqlar üçün
    1 year ago
  • Sərdar
    Ay təhsil naziri Emin Əmrullayev. Siz məktəbdə oxuyanda qar yağanda məktəbə getmirdiniz? Bəsdi da Azərbaycan təhsilini məhv eləməyin
    1 year ago
  • Pərvanə
    Necə yaxşı olardı yollar indidən buz bağlayıb uşaqlar xəsdələnib
    1 year ago