Sabah güclü külək əsəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah güclü külək əsəcək

Sosial

09 İyul 2020 13:28 599


Bakıda və Abşeron yarımadasında iyulun 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.  Dominos pizza

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 22-27, gündüz  32-37, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!