“Sabah” - “Neftçi” matçında dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” - “Neftçi” matçında dava düşdü

İdman

12 Fevral 2022 17:46 669


Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "Sabah" - "Neftçi" matçında qalmaqal baş verib.

Yenisabah.az xəbər verir ki, "Sabah"ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu vurub.

27 yaşlı yarımmüdafiəçi ona qarşı edilən kobudluqdan sonra rəqibə tərəf gedib. Meydan sahiblərinin qapıçısı Səlahət Ağayev də münaqişəyə qoşulub və Voislav Stankoviçi itələyib. pizza mizza

Baş hakim Rəvan Həmzəzadə 75-ci dəqiqədə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.

Qeyd edək ki, hazırda "Neftçi" 3:1 hesabı ilə öndədir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!