Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, "Sabah" "Neftçi"ni qəbul edib. Oyun "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Sabah" turnir cədvəlində vahid lider olub. pizza hut
Qeyd edək ki, turun digər iki görüşü avqusun 21-də oynanılacaq.
20 avqust (şənbə)
20:30. “Sabah” – “Neftçi” - 2:1
Qollar: Aleksey İsayev, 78 pen., Emmanuel Apeh 90+1 pen - Yusuf Laval, 45+2
Qola çevrilməyən penalti: Kristian Sebalyos, 37
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Bank Respublika Arena”.
Telegram kanalımız