Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib.
"Neftçi" səfərdə "Sabah"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Bu nəticədən sonra 3-cü pillədə qərarlaşan "Neftçi" lider "Qarabağ"dan 15, 2-ci yerdə olan "Sabah"dan isə 8 xal geri qalır.
26 yanvar (cümə axşamı)
19:00. “Sabah” – “Neftçi” - 2:0
Qollar: Coy-Lens Mikels, 7-pen. Aleksey Kaşuk, 37
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Bank Respublika Arena
Telegram kanalımız