Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, son oyun günündə keçirilməli olan 2 matçdan biri artıq başa çatıb.
"Sabah" evdə "Səbail"lə üz-üzə gəlib. Görüşdə qol vurulmayıb. Bu, "Sabah"ın mövsümdə ilk xal itkisi olub. Buna baxmayaraq, xallarını 13-ə çatdıran "Sabah" yenidən vahid lider olub. Pepperoni pizza
Günün digər oyununda isə "Zirə" "Qəbələ"ni qəbul edəcək.
4 sentyabr
18:00. “Sabah” – “Səbail” - 0:0
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
“Bank Respublika Arena”
Telegram kanalımız