"Sabah"ın futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
Yenisabah.az Ukrayna Futbol Federasiyasnn saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi İsrail (19 noyabr), Gürcüstanla (21 noyabr) yoxlama matçları üçün yığmaya dəvət edilib.
Ukraynanın U-21 komandasınn 15 - 22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır. Dördpendirli pizza
Qeyd edək ki, Ukraynanın U-21 yığması Avro-2023-ün final mərhələsində çıxış edəcək. Komanda Rumıniya, İspaniya və Xorvatiya ilə B qrupunda mübarizə aparacaq.
Telegram kanalımız