Sabahın hava proqnozu: şimşək, dolu, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: şimşək, dolu, yağış...

Sosial

31 May 2020 13:53 2562


İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz  25-29, Bakıda  gecə 17-19, gündüz  27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45  faiz olacaq.    Dördpendirli pizza

İyunun 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 17-22, gündüz  31-36, dağlarda gecə 8-13, gündüz  19-24 dərəcə isti olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!