Sabahın havası - Küləyin sürəti güclənəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası - Küləyin sürəti güclənəcək

Sosial

12 Mart 2019 17:04 784


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. pizza hut

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Martın 13-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!