Sabirabad kəndləri susuz qalıb...

saytların hazırlanması

Evə çatdırılma

Sabirabad kəndləri susuz qalıb...

Rəsmi

27 Noyabr 2019 09:39 4187


Sabibarad sakinləri noyabrın 20-də Bakı-Bəhrəmtəpə yolunu bağlamağı planlaşdırır. “Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sakinlərin yolu bağlaması rayonda su olmaması ilə bağlıdır. İddialara görə, hazırda Sabirabadın 40 kəndində su yoxdur. 

“Kəndlərə su “Sabir kanalı” ilə verilirdi. Kürdən ora nasosla su vururdular. Amma aratıq 1 ilə yaxındır ki, su yoxdur. Müvafiq qurumlara müraciət edilsə də, müsbət nəticəsi olmayıb. Su olmadığına görə kənd təsərrüfatı iflic vəziyyə düşüb. Sabibarada Araz çayından da su verilirdi. Amma Saatlıda ordan gələn suyun üzünü Hacı İbrahim Nehrəmli və başqa oliqarxların sahələrinə yönəldiblər”, deyə sakinlərdən biri bizimlə söhbətində bildirib.

Sakinlər yolu bağlamaqla problemə diqqət edilməsinə nail olmaq istəyirlər: “Düşünürük ki, bəlkə bu üsulla ölkə rəhbərliyinin diqqətini problemə cəlb edib problemin həllinə nail ola bildik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!