Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 18.07.2021-ci il tarixində günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, hadisə barəsində məlumat qəbul edildikdən dərhal sonra nazirliyiin müvafiq qüvvələri axtarışlara cəlb olunub. Sezar pizza
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur. Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Telegram kanalımız