Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Zahid Yadigarovun yaşadığı ünvana keçirilən baxış zamanı 132 ədəd kibrit qutusunda və sellofan torbalarda ümumi çəkisi 3 kiloqram 112 qram olan marixuana, dibçəklərdə 1045 ədəd çətənə şitilləri, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanıb.
Dindirilmə zamanı Z.Yadigarov cinayət əməlinin səmimi etiraf edib. pizza mizza
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız