Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərləndi

Hadisə

26 Sentyabr 2023 11:28 304


Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.

Yenisabah.az xəbər verir ki, hadisə sentyabrın 25-də Axtaçı Muğan kənd orta məktəbində baş verib. 11 şagird və 1 müəllim olmaqla, cəmi 12 şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib. Dördpendirli pizza

Hazırda vəziyyəti qənaətbəxş olan 12 şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!