Sabirabadda qohumunun evini SOYDU - 51 min manatlıq oğurluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda qohumunun evini SOYDU - 51 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Kriminal

16 Sentyabr 2025 10:17 394


Sabirabad rayonunun Moranlı kəndi ərazisində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Araz Qarayev saxlanılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 min 500 manat və 12 min ABŞ dolları olan seyfi oğurlayıb. Toyuqlu pizza

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!