Sabirabadda şagirdlərin olduğu avtomobil qəzaya uğradı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda şagirdlərin olduğu avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Hadisə

30 Aprel 2023 21:10 850


Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib, geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri - 2010-cu il təvəllüdlü Əzizova Zərifə Elsevər qızı, 2010-cu il təvəllüdlü Cəfərova Günel Ələsgər qızı, 1969-cu il təvəllüdlü, müəllim Mövludov Bəxtiyar Hafiz oğlu və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb. Dominos pizza

Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!