Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri - Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb. Marqarita pizza
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız