Bakıda yerləşən istirahət mərkəzlərinin birində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb. Kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza sifarişi
Telegram kanalımız