ŞAD XƏBƏR: Bu müavinətlər artırılıacaq   - AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR: Bu müavinətlər artırılıacaq - AÇIQLANDI

Sosial

24 Mart 2025 11:05 32877


Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət dünən başa çatıb. Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, müharibə veteranları və əlilliyi olan şəxslərin müavinətlərində artım gözləniləndir:

"Çox böyük ehtimalla bu artım əsas müharibə veteranları və əngəlli insanları əhatə edəcək. Çünki müharibə veteranlarına verilən vəsait kifayət qədər ciddi ictimai müzakirələrə səbəb olmuşdu. Müharibə veteranları və əngəlli insanlarla bağlı müavinətlərdə növündən asılı olaraq, təqribən 10 və 25 faiz arası artımlar ola bilər". Dominos pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sabir
    Bes bu valideynlerini itiren usaqlarin pulu niye qalxmir.Alimenti qaldirirlar.Amma yetimlerin pulu qalxmir.
    1 year ago
  • Fatimə
    Engelli insanlara Muavinet verilecek yazmisiz muavinet 3qrup Əlillərede verilecek?
    1 year ago
  • Said
    Natiq Cəfərli nə vaxtdan dövlətin adından danışan olub. Qanun qəbul edilənə kimi heç nə demək olmaz.
    1 year ago
  • Bəhruz
    Əgər həqiqətən artım 10-25 faizdirsə bu saq xəbər deyil,bəd xəbərdir,yəni o deməkdir ki, artım yox dərəcəsindədir
    1 year ago
  • Araz Yusubov
    Allah dövlətimizin bayrağını daima uca etsin!
    1 year ago