ŞAD XƏBƏR! Tələbə təqaüdləri də artırılır

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR! Tələbə təqaüdləri də artırılır

Sosial

10 Mart 2025 09:20 1795


Tələbə təqaüdlərinin də artırılacağı gözlənilir. Ölkədə pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, dövlət başçısının ötən ilin dekabrında imzaladığı sərəncama əsasən, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməli idi. Toyuqlu pizza

Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!