Şadlıq sarayının inzibatçısı 4 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Şadlıq sarayının inzibatçısı 4 min manat cərimələndi

Hadisə

09 Noyabr 2021 11:40 638


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı şəhər ərazisində yerləşən "Sərvət" şadlıq sarayında təşkil edilən toy mərasimində normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şadlıq sarayının inzibatçısı Ə.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə 4 000 manat cərimə olunub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!