Şağanda qətl: Qətl ehtiyatsızlıqdan baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Şağanda qətl: Qətl ehtiyatsızlıqdan baş verib?

Kriminal

19 Avqust 2025 17:08 546


Xəzər rayonu Prokurorluğunda Şağan qəsəbəsində baş verən qətllə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb.

Hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb. pizza hut

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!