Şagirdlər Cocuq Mərcanlı ilə tanış oldular

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlər Cocuq Mərcanlı ilə tanış oldular

Sosial

13 Mart 2019 20:31 998


Bərdə rayon 8 nömrəli orta məktəbin bir qrup müəllim, şagird və valdeyinləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

“Yeni Sabah”ın məlumatına görə, Novruz bayramı ərəfəsində olan səfərdə məqsəd rayon məktəblilərini erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər  arasında dostluq münasibətləri yaratmaq olub.

Şagirdlər Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra məktəbin müəllim və şagirdləri Cocuq Mərcanlı kəndi ilə tanış olub, həyata keçirilən yenidənqurma işləri ilə maraqlanıblar. Onlara kənd haqqında ətraflı məlumat verilib. Həmçinin, Cocuq Mərcanlı kənd tam orta məktəbində yaradılan şəraitlə yaxından tanış olublar. Dördpendirli pizza

Məktəbin direktoru Qənbər Ağayev bildirib ki, Boloniya sisteminin mobillik prinsipi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub. 

Daha sonra Bərdəli qonaqlar on xətdə xidmət edən əsgər və zabitlərlə görüşlər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!