“Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Sosial

13 Mart 2019 19:57 780


“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi”ndə keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə yetkinlik yaşına çatmayan uşaqlara və mərkəzin işçi heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” mövzusunda videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin mütəxəssisləri “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Sağlam qidalanma”, "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər", “Suyun faydaları” mövzularında təqdimatlar nümayiş etdirib. 

Sonda Agentliyin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb, Agentliyin xatirə hədiyyələri təqdim olunub. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!