“Şahdağ” dağıldı

saytların hazırlanması

Evə çatdırılma

“Şahdağ” dağıldı

İdman

18 Mart 2022 20:14 540


AFFA-nın İntizam Komitəsi “Şahdağ” futbol komandasını Region Liqasından kənarlaşdırıb.

Yenisabah.az xəbər verir ki, buna Quba təmsilçisinin çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəb olub.

“Şahdağ” Region Liqası oyunlarının 50%-ni keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Dominos pizza

Qeyd edək ki, hələ bir müddət əvvəl komandanın dağıldığı bəlli olmuşdu. AFFA İntizam Komitəsinin bu qərarı ilə komandanın dağılması rəsmiləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!