Sahibkarlara ŞAD XƏBƏR -  Yeni imkanlar yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarlara ŞAD XƏBƏR -  Yeni imkanlar yaradılacaq

İqtisadiyyat

02 Sentyabr 2025 15:48 375


“Azexport” portalı ilə Mərkəzi ofisi ABŞ-da yerləşən qlobal rəqəmsal ödəniş platforması “Payoneer” arasında onlayn görüş keçirilib.

Yenisabah.az “Azexport”a istinadən xəbər verir ki, görüşdə davam edən layihələr müzakirə olunub, “Amazon”, “eBay” və digər platformalarda rast gəlinən hüquqi və texniki çətinliklər gündəmə gətirilib.

Bununla yanaşı Azərbaycan sahibkarları üçün xüsusi rəqəmsal müraciət imkanı təqdim edilib ki, bu yenilik sayəsində problemlər daha operativ şəkildə həllini tapacaq, beynəlxalq platformalara çıxış daha rahat təmin ediləcək və maliyyə axınları daha effektiv idarə olunacaq. pizza hut

“Azexport” portalının rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, “Amazon”, “eBay” kimi nəhəng platformalara çıxış Azərbaycan üçün rəqəmsal özünüməşğulluq, ixtisaslı kadrların yetişməsi və valyuta axınının artması baxımından çox önəmlidir. Bu əməkdaşlıq qlobal elektron ticarətə çıxışı asanlaşdıracaq və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!