Sahil Babayev Rumıniyanın nazir müavini qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev Rumıniyanın nazir müavini qəbul edib

Sosial

16 Mart 2019 14:09 934


Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev VII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini  xanım Ana Birçalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

“Yeni Sabah” xəbər verir ki, S.Babayev iki ölkə arasında artıq 10 ildir ki, strateji tərəfdaşlığın qurulduğunu və ildən-ilə gücləndiyini deyib, xanım Birçalın da bu sahədə öz töhfəsini verdiyini vurğulayıb. S.Babayev Rumıniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib. 

Nazir bununla bağlı Rumıniyanın Avropa İttifaqı (Aİ), ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə dəstəyinin, Aİ-Azərbaycan əlaqələrinin genişlənməsində fəal iştirakının önəmini qeyd edib. Ölkələrimiz arasında hökumətlərarası Müştərək Komissiyanın fəaliyyətindən bəhs edən S.Babayev Komissiyanın ötən il Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən 5-ci iclasının səmərəli olduğunu bildirib.   pizza sifarişi

A.Birçal Forumun qlobal əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin daim inkişaf etdiyini və genişləndiyini,  Müştərək Komissiya tərəfindən bu sahədə yeni uğurlu nəticələrə yönəlik məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Görüşdə Komissiyanın ötən ilki 5-ci iclası  zamanı əldə olunmuş razılığa əsasən iki ölkə arasında praktiki əməkdaşlığa dair hazırlanmış Tədbirlər Planı layihəsindən bəhs olunub. Layihənin təkmil şəkildə hazırlanması üçün aparılan işlər qeyd edilib. Ticarət-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyi arasında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!