Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu 

saytların hazırlanması

Evə çatdırılma

 Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu 

Siyasət

09 Avqust 2024 16:04 765


Politoloq Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Turan-a analitik özü məlumat verib.

Qadağa Cəfərlinin “Toplum” TV İnternet kanalı ilə əməkdaşlığı ilə əlaqədar tətbiq edilib. Belə ki, 2023-cü ilin noyabrında bu kanala qarşı cinayət işi açılıb.  Toyuqlu pizza

Bundan əvvəl Cəfərli Bakı Şəhər Baş Polis İdarəsində bu iş üzrə şahid qismində dindirilib. 

Şahin Cəfərli “Toplum” TV-də proqram aparıcısı olub.

*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.

Bu iş üzrə keçənlər ittihamları rədd edirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbuslar kimi tanıyıblar. Bundan əlavə, “Toplum TV” işi üzrə onlarla jurnalist və fəal dindirilib. Onların çoxunun ölkədən çıxışına qadağa qoyulub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!