Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv etdi

İdman

29 Dekabr 2022 15:43 1079


“Səbail”in yeni baş məşqçisi Şahin Diniyev sələfi Mahmud Qurbanovun bir neçə gün əvvəl göndərmək istədiyi 4 əcnəbi futbolçudan 3-nü komandada saxlayıb.

Yenisabah.az Report- istinadla xəbər verir ki, Bakı klubunda baş məşqçi dəyişikliyi braziliyalı müdafiəçi Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqanun komandada qalmasına səbəb olub.

Dekabrın 28-də paytaxt təmsilçisinin sükanı arxasına gətirilən Şahin Diniyev adıçəkilən oyunçuların mövsümün ikinci yarısında sərəncamında qalmasını istəyib. Yalnız argentinalı müdafiəçi Fakundo Kardozo ilə bağlı qərar dəyişməyib. 27 yaşlı oyunçu “Səbal”i tərk edib. Marqarita pizza

Kardozo ilə yanaşı, 3 yerli futbolçu – yarımmüdafiəçilər Tural Bayramlı, Emin Zamanov və Vüsal Qənbərovla da yollar ayrılıb.

Qeyd edək ki, “Səbail” 18 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!