Şahin Mustafayev Böyük Britaniya səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev Böyük Britaniya səfiri ilə görüşdü

İqtisadiyyat

10 Avqust 2019 08:59 1093


İqtisadiyyat naziri Şahin Mustafayev diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında səfirin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verən İqtisadiyyat naziri Şahin Mustafayev Britaniya şirkətlərini ölkəmizin qeyri-neft sektoruna, nəqliyyat, sənaye, kənd təsərrüfatı, İKT, turizm və s. sahələrə investisiya yatırmağa, sənaye parklarında yaradılmış işgüzar mühitdən yararlanmağa dəvət edib. Dominos pizza

Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edən edən səfir xanım Karol Krofts ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Böyük Britaniyalı səfir ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialı vurğulayıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!