Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, İran XİN rəhbəri Abbas Əraqçi ilə görüşdə müzakirə edilən məsələlər açıqlanmayıb
Bundan başqa, Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb. Pepperoni pizza
Sadiq 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib:
“Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”.
Telegram kanalımız