Şahmat çempionatında ilk finalçı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Şahmat çempionatında ilk finalçı məlum oldu

İdman

16 Fevral 2022 18:06 1832


Naxçıvanda keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Yenisabah.az xəbər verir ki, yarımfinalın hər iki partiyasında Aydın Süleymanlıya qalib gələn Misrətdin İsgəndərov finalda iştirakını təmin edib.

Digər yarımfinalda ümumi hesab bərabərləşib. İlk oyunda Vasif Durarbəyliyə uduzan Məhəmməd Muradlı cavab görüşündə məğlubiyyətin əvəzini çıxıb. Rəqiblər bu gün saat 18-00-dan etibarən ikinci finalçını müəyyən edəcək. pizza sifarişi

Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion şahmatçı 8 min manat qazanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!