Şahramanyan Paşinyanı ittiham edəcək - Qarşıdurma böyüyür

saytların hazırlanması

Evə çatdırılma

Şahramanyan Paşinyanı ittiham edəcək - Qarşıdurma böyüyür

Rəsmi

25 Oktyabr 2023 13:34 1008


Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Qarabağ ermənilərini maraqlandıran suallara cavab verəcək. 

Yenisabah.az xəbər verir ki, Şahramanyan Ermənistanın İctimai Televiziyasına planlaşdırılan müsahibəni başqa yerdə verəcək. 

"Yaxın vaxtlarda Samvel Şahramanyan “Artsax xalqı”nı narahat edən məsələlərlə bağlı açıq çıxış edəcək", - Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyi məlumat yayıb.  Sezar pizza

Samvel Şahramanyanın Ermənistan hakimiyyətinin əleyhinə danışacağı da istisna olunmur. 

Qarabağ separatçılarının sonuncu başçısı Ermənistana getdiyi gündən indiyə qədər Baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!