"Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.
Yenisabah.az xəbər verir ki, millimizin üzvü olan qolkiper azarkeşlərə təşəkkür edib və mövsümün ikinci hissəsinin də maraqlı keçəcəyini bildirib:
"2022/2023 mövsümünün yarısına çatdıq. İrəlidə bizi maraqlı ikinci hissə gözləyir. Hər bir azarkeşə böyük minnətdarlıq bildirmək istərdim. Sizinlə birlikdə biz daha da güclüyük". Pepperoni pizza
Qeyd edək ki, "Qarabağ" qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. Ağdam klubu ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayır.
Telegram kanalımız