Sakinlər kinoteatrların açılmasını gözləyir - Video

saytların hazırlanması

Evə çatdırılma

Sakinlər kinoteatrların açılmasını gözləyir - Video

Sosial

12 İyun 2020 19:05 782


Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, martın 14-dən ölkə üzrə bütün kinoteatrların fəaliyyəti dayandırılıb. Kinoteatrların pandemiyadan sonra tamaşaçıları zallara qaytarmaq problemi ilə üz-üzə qalacaqları gözlənilsə də, filmlərə məhz böyük ekranda baxmağı sevənlər kinoteatrların açılacağı günü səbrsizliklə gözləyirlər.

Yenisabah.az xəbər verir ki, “CinemaPlus” da yaxın vaxtlarda Xəzər dənizinin sahilində - “Dəniz Mall” ticarət mərkəzində ölkənin və Qafqazın ən böyük “CinemaPlus” kinoteatrı və ən son 4DX texnologiyasını tamaşaçılara təqdim edəcək. 

Həmçinin, tezliklə “CinemaPlus” ölkədə bir ilkə imza ataraq, tamaşaçılar üçün maraqlı sürpriz hazırlayır. Xüsusi AvtoCinema kinoteatrı açılacaq. AvtoCinema – xüsusi parkinqə malik olan, açıq havada avtomobildə FM radio tezliyinə qoşularaq, böyük ekranda filmə baxmaq imkanı yaradacaq və izləyicilər avtomobildən çıxmadan popkorn və alkoqolsuz içkiləri əldə edə biləcəklər.   pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!