Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

30 Aprel 2025 20:16 439


Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar 01.05.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. Sabunçu rayonunun Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının, Ramanı qəsəbəsinin, Sabunçu qəsəbəsinin, Yeni Ramanı, Bünyadzadə, Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Bakıxanov qəsəbəsinin M.Fətəliyev, Sülh, E.Xəlilov, S.Cabbarov, Ş.Kamilov, Hacınski küçələrinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin, Ramanı 2-ci sahənin, Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!