Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

31 Mart 2026 19:45 518


Aprelin 1-də Bakının Xəzər və Qaradağ rayonlarında, eləcə də Qazax və Gədəbəy rayonlarında qaz təchizatında fasilələr yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ və Qazax rayonlarında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, Gədəbəydə isə magistral qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan etibarən mavi yanacağın verilişi dayandırılacaq. Sezar pizza

Məhdudiyyətlər paytaxtın Sahil, Qala, Buzovna qəsəbələrini və "Stansiya Qala" yaşayış sahəsini, regionlarda isə Qazaxın Daşsalahlı (2 394 abonent) və Gədəbəyin Zəhmət (534 abonent) kəndlərini əhatə edəcək. Qaz təchizatının bərpası işlər başa çatdıqdan sonra təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!