Sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanıldı

Hadisə

06 Yanvar 2020 13:24 1080


Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib.  Marqarita pizza

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb. 

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!