Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdi

Dünya

27 Oktyabr 2024 21:48 598


Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.

“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - Zurabişvili bildirib. pizza

"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!