Salyanda ağır qəza: 2 nəfər öldü, 4 nəfər xəsarət aldı -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Salyanda ağır qəza: 2 nəfər öldü, 4 nəfər xəsarət aldı - YENİLƏNDİ

Hadisə

05 Yanvar 2026 17:42 545


Salyanda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə “Yeni Sabah”a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Belə ki, Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. pizza

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.

Aytac Əliyeva

***

17:18

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Yeni Sabah" xəbər verir ki, rayonun Noxudlu kəndində “Mercedes” markalı iki avtomobil toqquşub. 

Hadisə nəticəsində Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!