Salyanda avtomobil beton dirəyə çırpıldı, üç nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobil beton dirəyə çırpıldı, üç nəfər xəsarət aldı

Hadisə

15 İyul 2021 00:38 807


Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Azsamand” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı beton dirəyə çırpılıb. pizza mizza

Qəza nəticəsində Salyan şəhər, 20 yanvar küçəsinin sakinləri, 2002-ci il təvəllüdlü Tağızadə Fərhad İlqar oğlu, 2000-ci il təvəllüdlü Babayev Etibar İlqar oğlu və 2002-ci il təvəllüdlü Cavadov Vüqar Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!