Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Kərimov Zamin Rafiq oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Z.Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Report Sezar pizza
Telegram kanalımız