Salyanda böyürtkən yığan 62 yaşlı kişi güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Salyanda böyürtkən yığan 62 yaşlı kişi güllələndi

Kriminal

12 Sentyabr 2025 22:35 439


Salyan rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sezar pizza

Yaxınlarının dediyinə görə, İ. Tağıyev çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!