Salyanda kişi qısqanc sevgilisini döyüb dişlədi

saytların hazırlanması

Evə çatdırılma

Salyanda kişi qısqanc sevgilisini döyüb dişlədi

Hadisə

27 Dekabr 2025 17:40 735


Salyanda kişi onu qısqanan sevgilisini dişləyib.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaraçala qəsəbəsində baş verib.

İttiham aktına görə, qəsəbə sakini olan qadın sevgilisi, 32 yaşlı Elgün Muradovu (ad və soyad şərtidir) qısqanıb. Belə ki, o, Elgünə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib və onun başqa qızlarla danışdığını düşünüb. Bunu Elgünə bildirəndə sevgililər arasında mübahisə düşüb. Sevgilisinin evində yaranan mübahisə zamanı Elgün qadının baş və bədəninin digər nahiyələrinə əl ilə zərbələr vurub. Amma Elgünün əsəbi soyumayıb və zərərçəkənin qolundan da 2 dəfə dişləyib. Pepperoni pizza

Qadının polisə şikayəti əsasında Elgün saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da Elgün Muradova qarşı şikayət və ya tələbinin olmadığını deyib.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Elgün Muradova 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!