Salyanda maşın aşıb, ölən və yaralılar var 

saytların hazırlanması

Evə çatdırılma

Salyanda maşın aşıb, ölən və yaralılar var 

Kriminal

31 Avqust 2025 12:00 399


Salyan rayonunda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Dayıkənd kəndi ərazisində baş verib. 

Belə ki, qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 1991-ci il təvəllüdlü Rüstəmov Həsən Rafət oğlu, 1976-cı il təvəllüdlü Məhərrəmov Taleh Əkbər oğlu; Salyan şəhər sakinləri - 2006-cı il təvəllüdlü Yaqubova Lalə Fikrət qızı, 2023-cü il təvəllüdlü Əhmədov Miryusif Mirəli oğlu, 1958-ci il təvəllüdlü Yaqubova Bəsirə Sabir qızı və Yaqubova Xalidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sezar pizza

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Xalidə Yaqubovanın həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!